SEPAH komandanı İrana düşmən ölkələrin adlarını ELAN ETDİ

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general mayor Hüseyn Səlami şənbə günü Şiraz şəhərindəki terror qurbanlarının dəfn mərasimində iştirak edərkən İranın düşmənlərindən danışıb.

Modern.az xəbər verir ki, o, İrana qarşı düşmənçilik edən ölkələri berlə sıralayıb: ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və İsrail.

Hüseyn Səlami deyib ki, bu günlərdə İranda törədilən iğtişaşlar həmin ölkələrdən idarə olunur.

“Bu günlər torpağımızda davam edən sui-qəsd ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və sionist rejimin siyasətlərinə qoşulmanın məhsuludur”, – deyə SEPAH-ın baş komandanı vurğulayıb.

Generalın sözlərinə görə, İran xalqı hər cür düşmənçilik qarşısında ali dini rəhbər Ayətullah Seyid Əli Xameneini tək qoymayıb və öz imamını dəstəkləyir.

Mənbə

Share: