Somalinin paytaxtı Moqadişu şəhərində iki bomba yüklü avtomobil partladılıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin “Sonna” dövlət informasiya agentliyi məlumat yayıb
Bildirilir ki, bomba yüklü avtomobil Somalinin Təhsil Nazirliyinin binasına dəyib. Hadisə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Hadisənin terror aktı olduğu deyilir.
Akif İsmayılov