Amerikalı seçicilərin böyük əksəriyyəti ABŞ prezidenti Co Baydenin və keçmiş dövlət başçısı Donald Trampın 2024-cü ildə növbəti müddətə namizədliyini irəli sürməsini istəmir.
Modern.az xəbər verir ki, bu barədə “Yahoo!”nun “YouGov” tədqiqat təşkilatı ilə birgə keçirdiyi sosioloji sorğunun nəticələrində qeyd olunub.
Nəşr edilmiş araşdırmaya görə, respondentlərin 57%-i “Bayden yenidən namizədliyini irəli sürməlidirmi” sualına mənfi cavab verib.
Maraqlıdır ki, eyni faiz (57%) amerikalı Trampın da növbəti prezidentlik yarışında iştirak etməyini arzulamır.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.