“Rusiyalı məhbuslar “Vaqner”ə döyüşlərdə iştirak üçün lazım deyil…”

“Əvvəllər “Vaqner” şirkəti öz sıralarına yalnız peşəkar hərbçiləri cəlb edib, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra onun rolu xeyli dəyişib…”

 

“Priqojin Ukraynanın şərqində 200 km-lik “Vaqner müdafiə xətti” inşa etmək niyyətindədir…”

 

“Vaqner xətti”ni yaratmaqla, Priqojin Rusiyanın ali hərbi komandanlığında parçalanmanı gücləndirir…”

 

“Vaqner qrupu” özəl hərbi şirkətinə cəlb edilən rusiyalı məhbuslar Donbasda üzdəniraq “Vaqner xətti” adlanan müdafiə istehkamları sisteminin inşasına cəlb ediləcək.

 

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə nazirliyinin kəşfiyyat idarəsinin yeni hesabatında deyilir.

 

Britaniya kəşfiyyatçıları qeyd edir ki, rusiyalı biznesmen Yevgeni Priqojinə məxsus hərbi şirkət əvvəllər seçilənlərin kifayət qədər yüksək standartlarına önəm verib və yalnız peşəkar hərbçiləri cəlb edib.

Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra “Vaqner qrupu”nun rolu xeyli dəyişib.

 

“27 oktyabr 2022-ci ildə rusiyalı oliqarx Yevgeni Priqojin internetdə məlumat dərc edib. Məlumatda deyilir ki, “Vaqner qrupu” özəl hərbi şirkət öz normalarını dəyişib və indi kifayət qədər ciddi hepatit C və HİV ilə xəstəlikləri olan rusiyalı məhbusları cəlb edir.

 

“Mürəkkəb tibbi problemləri olan məhbusların qəbulu hazırda şəxsi heyətin təcrübəsi və qabiliyyətinə deyil, onun sayına üstünlük verilməsi yanaşmasını nümayiş etdirir”, – Britaniya kəşfiyyatçıları qeyd edib.

 

Analitiklər əlavə edir ki, Priqojinin Ukraynanın şərqində 200 km-lik  “Vaqner müdafiə xətti”nin yaradılması üzrə planlarının həyata keçirilməsi üçün böyük işçi qüvvəsi tələb edilir. 

 

Ona görə də Rusiya həbsxanalarından cəlb olunanların bir hissəsi istehkam qurğularının inşası işlərinə cəlb ediləcək.

 

Bundan öncə Amerikanın müharibəni öyrənən İstitutu (ISW) bu nəticəyə gəlib ki, Kremlin Ukraynada müharibənin gedişi üzrə planları ilə razılaşdırılmayan “Vaqner xətti”ni yaratmaqla, Priqojin Rusiyanın ali hərbi komandanlığında parçalanmanı gücləndirir.

 

Əlavə edək ki, Priqojinin “Vaqner xətti” özəl hərbi şirkəti yaraqlılarının işğal edilmiş Luqansk vilayəti ərazisində inşa etdiyi müdafiə qurğularıdır. 

 

Uzunluğu təxminən iki km olan istehkamlar arxasında böyük xəndək olan dörd sıradan ibarət sementdən tökülən tankəleyhinə piramidalardan ibarətdir. 

 

Rusiya təbliğatı iddia edir ki, bu istehkamlar Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə əkshücumunun qarşısının alınması üçün nəzərdə tutulub, hərçənd, amerikalı jurnalistlər məlumat verib ki, Ukrayna qüvvələri onlardan yan keçə bilər.

Mənbə

Share: