
Ukrayna hərbi kəşfiyyatı Rusiya işğalçılaırndan birinin anası ilə telefon söhbətini təqdim edib və o, rus hərbçilərin qida və suyunun çatışmadığını bildirib.
Moderator.az xəbər verir ki, “QORDON”un yazdığına görə, kəşfiyyat tərəfindən tutulan söhbətin səsyazısı oktyabrın 29-da “YouTube”-da yerləşdirilib.
Ananın “Necəsən?” sualına Donetsk vilayətində olan rus hərbçi cavab verir: “Çox yaxşı deyil, su yoxdur, heç nə yoxdur…”
“…Tanklara qarşı pulemyotlarla vuruşuruq… Bu, ümumiyyətlə, dəlilikdir… Bu bizimkilər… komandirlər hamısı sərxoş halda gəzirlər… Dərhal qaçırlar, onlarla əlaqə yoxdur… Vəssalam… Onlarda(Ukrayna hərbçilərində-S.L.) hər şey var, biz görürük. Amma bizdə heç nə yoxdur”, – deyə işğalçı vurğulayıb.
“Nə vaxta qədər belə yeməksiz, susuz yaşayacaqsan. Heç olmasa gölməçədən su iç, gölməçə tap” -deyə anası məsləhət görüb.
“Biz artıq gölməçədən su içirik, bir həftədir tualetə belə, getməmişəm, çünki gediləsi heç nəyim yoxdur… Dəhşətlidir, qorxuludur, lənətə gəlsin”, – işğalçı belə cavab verib.
Rusiya hərbçisi anasına onu da deyib ki, onların dəstələrindən birində 100 nəfər var idi, indi yalnız 2-si sağ qalıb. O, yoldaşları ilə birlikdə fərarilik etmək istədiklərini də deyib: “Biz qaçmaq istədik, heç nə alınmadı, sadəcə, tutulduq…”.
Eyni zamanda işğalçı anasından xahiş edib ki, onların söhbəti barədə heç kimə danışmasın, çünki artıq bir sıra Rusiya hərbçilərinin şikayətindən sonra həbsxanaya göndərilmələri halları olub…
Sultan Laçın