Bu ay üçtərəfli parlamentlərarası görüş keçirilə bilər 

Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli parlamentlərarası danışıqlar bu ay baş tuta bilər.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “RİA Novosti“ agentliyi Rusiya Federasiya Şurasındakı mənbəyə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, Rusiya parlamentində gələcək həftələrdə parlamentlərarası dialoq üçün danışıqlar qrupunun yaradılması müzakirə ediləcək.

“Parlamentlərarası danışıqların bu ay keçirilməsi istisna edilmir”, – mənbə bildirir.

Mənbə

Share: