“Xerson uğrunda döyüşlər davam edir, ruslar hələ də şəhərdədir”

“Biz vəziyyəti izləyirik və anlayırıq ki, bunlar özü üçün müdafiə qurmaq məqsədilə müəyyən hiylə və hərbi manevr ola bilər…”

“Xerson vilayət administrasiyası binası üzərindən Rusiya bayrağı endirilsə də, Xersonda mülki geyimdə nizami bölmələr qalır…”

“Rusiyalılar Xerson vilayətinin müdafiəsinə hazırlaşır…”

Rusiyalılar Ukrayna komandanlığını çaşdırmaq üçün Xerson vilayətinin sağ sahilindən geri çəkilməsini imitasiya edir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Cənub” müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Natalya Qumenyuk məlumat verib.

“Baxmayaraq ki, düşmən Xerson vilayətinin yaşayış məntəqələrini tərk etməsi və total təxliyə barədə bəyan edir, biz vəziyyəti izləyirik və anlayırıq ki, bunlar özü üçün düzgün müdafiə qurmaq məqsədilə müəyyən hiylə və hərbi manevr ola bilər”, – o, deyib.

Xerson vilayət administrasiyası binasının üzərindən Rusiyanın bayrağı endirilsə də, Xersonda mülki geyimdə nizami bölmələr qalır.

Onlar təkcə vilayət mərkəzində deyil, həm də başqa yaşayış məntəqələrində köçüb gedən insanların evlərində məskunlaşmaqda davam edir.

Rusiyalılar bunu, guya, Ukrayna Silahlı Qüvvələri tərəfindən mülkilərə atəş açılması təəsüratının yaradılması üçün edirlər.

“Onlar həmçinin belə mənzərə yaratmaq istəyir ki, USQ yaşayış məntəqəsinə daxil olarkən dinc əhalini güllələməyə başlayacaq. Bunlar pabliklər və təbliğat kanalları üçündür. Lakin biz belə təxribatlara hazırıq”, – Qumenyuk deyib.

Bundan başqa, rusiyalılar Dnepr çayından hərəkətin qarşısını tamamilə alıb. Bu, onu göstərə bilər ki, onlar keçidlərdən istifadə etməyə cəhd edir. “Döyüş əməliyyatları davam edir. Biz atəşlə nəzarət edirik. O cümlədən, Antonov körpüsünün keçidindən xeyli zədələnmələr səbəbindən istifadə edilə bilməz”, – Qumenyuk məlumat verib.

Rusiyalılar Xerson vilayətinin müdafiəsinə hazırlaşır: onlar keçidləri minalayır, xəndəkləri və dəmir-beton qurğuları yaradır.

Mənbə

Share: