ABŞ-ın Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Mark Esper gələn həftə NATO-nun Brüsseldəki müdafiə nazirlərinin iclasını ziyarət edəcək.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Nazirlik görüş zamanı NATO-nun gücləndirilməsi, xərclərin bərabər bölüşdürülməsinin təmin edilməsi, NATO ölkələrinin hazırlığının artırılmasının müzakirə ediləcəyini bildirib.
Qeyd edək ki, Esper bir neçə gün öncə Patrik Şanahanı bu vəzifədə əvəz edib.