2022-ci ilin yanvar-oktyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 30,5% artaraq 4 milyard 646,741 milyon manata çatıb.
Modern.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 137,282 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 16,7 % çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3 milyard 322,906 milyon manat (37,4 % çox), aksizlər üzrə daxilolmalar 133,948 milyon manat (1,25 % çox), yol vergisi üzrə daxilolmalar isə 52,606 milyon manat (47,3 % çox) təşkil edib.