Şuşada abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması zamanı AMEA-nın rəyi alınacaq

Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyi nəzərə alınacaq.

 

Bununla bağlı “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na dəyişiklik edilib.

 

Dəyişikliklə qaydaya yeni bənd əlavə olunub. Yeni bəndə əsasən, Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınacaq.

Mənbə

Share: