İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitinin iştirakçıları nüvə silahından istifadəni və nüvə təhdidi cəhdlərini pisləyəcək.
Modern.az xəbər verir ki, bu barədə G20 sammitinin sonunda qəbul ediləcək sənədin ilkin variantı ilə tanış olan “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, dünyanın 20 ən böyük iqtisadiyyatının liderləri gələn həftə keçiriləcək iclasında gündəmin əsas mövzusu Rusiyanın Ukraynaya müdaxiləsi olacaq.
Noyabrın 15-16-da keçiriləcək görüşdən sonra qəbul ediləcək bəyanatın ilkin variantında qeyd olunur ki, yalnız qaydalara əsaslanan beynəlxalq nizamın və çoxtərəfli sistemin qorunmasına dair davamlı öhdəlik sülh və sabitliyi qoruya bilər.
Akif İsmayılov