Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində baş verən partlayış nəticəsində yaralıların sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib.
O bildirib ki, partlayışda yaralananların sayı 81-ə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə nəticəsində 6 nəfər həlak olub.
Oktay terror aktını törədənlərə tezliklə cavab veriləcəyibi vurğulayıb.