Türkiyədəki partlayışda yaralıların sayı 81-ə çatdı 

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində baş verən partlayış nəticəsində yaralıların sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib.

 

O bildirib ki, partlayışda yaralananların sayı 81-ə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə nəticəsində 6 nəfər həlak olub.

 

Oktay terror aktını törədənlərə tezliklə cavab veriləcəyibi vurğulayıb. 

Mənbə

Share: