G20-yə gələn Baş nazir koronavirusa yoluxdu

Kambocanın Baş naziri Hun Sen G20 toplantısında iştirak etmək üçün İndoneziyaya gəlib. Lakin Baş nazir iclasda iştirak edə bilməyib.

 

Modern.az xəbər verir ki, buna səbəb Hun Senin COVID-19 testinin müsbət çıxması olub. 

 

Bu gün nümayəndə heyəti ilə Kambocaya dönəcəyi bildirilən Hun Sen, “Bu virusun mənə nə vaxt yoluxduğunu bilmirəm. İndoneziya səlahiyyətliləri məndən nümunələr götürdülər və səhər saatlarında COVID-19 üçün müsbət olduğum təsdiqləndi”, – deyə  sosial şəbəkə hesabından açıqlama verib.  

Mənbə

Share: