Ölkədə neçə pensiyaçı var?

2022-ci il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1138,7 min nəfər pensiyaçı qeydiyyatdadır.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, bu da ölkə əhalisinin 11,3 faizini təşkil edir.

 

Rəsmi məlumata görə, onların 61,6 faizi yaşa, 25,6 faizi əlilliyə, 12,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11,7 faiz artaraq 370,6 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 44,8 faizinə bərabər olub.

Mənbə

Share: