Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat hazırlayacaq.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, MM tərəfindən həm qətnamə, həm də Fransanın sön dövrdə fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsi məqsədəuyğun olardı:
“Təklif edirəm ki, bəyanatın qəbul edilməsi iclasın gündəliyinə daxil edilsin”.