Amerikalı diplomat: “Minsk qrupu artıq işləmir”

Artıq ATƏT-in Minsk qrupu mexanizmi işləmir və Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanı təmin etmək üçün yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqədə çalışır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib.

 

“Mənə elə gəlir ki, o, konsensus yolu ilə bu mandata son qoya biləcəyimiz həddə çatıb. Minsk qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq fəaliyyət göstərmir. Biz tərəflərlə onların sülh prosesində birbaşa iştirak edirik”, – Riker qeyd edib.

Mənbə

Share: