“Hökumət buludu”na keçəcək qurumların sayı ARTDI

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin informasiya ehtiyatları mərhələli şəkildə “Hökumət buludu”na keçəcək.

 

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

 

Bununla da informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na mərhələli keçəcək qurumların sayı 93-ə çatıb.

Mənbə

Share: