“Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, qanun layihəsi birinci oxunuşdan sonra qəbul olunub
Layihəyə görə, gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6263,97 milyon manat, xərcləri 6263,97 milyon manat proqnozlaşdırılır. Eyni zamanda “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi də birinci oxunuşda qəbul edilib.