I dərəcəli əlilliyi olan bəzi şəxslərə əmək stajı ilə bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda I dərəcəli əlilliyi olan bəzi şəxslərə 5 illik əmək stajı ilə bağlı güzəşt edilməsi təklif olunur.

 

Bu təkliflə Milli Məclisin deputatı Sahib Alıyev parlamentin noyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu gün I dərəcəli əlilliyi olan şəxslərdən 5 il əmək stajı tələb olunur: “Anadangəlmə əlilliyi olan şəxsdən 5 il staj gözlənilməsi mümkünsüzdür. Ona görə də həmin şəxslərlə bağlı müəyyən güzəştlər olunmasını təklif edirəm. Vətən müharibəsində xəsarət alan mülki vətəndaşlar arasında əlil olanlar da var. Hesab edirəm ki, onlara yanaşmada da belə güzəşt olmalıdır. Fikrimcə, onların sayı çox olmadığından büdcə üçün yük olmaz.

 

Bundan başqa, əmək pensiyasının güzəştli şərtlərlə təyinatında da müəyyən boşluqlar var. Belə ki, zərərli işlərdə çalışan müəyyən təbəqə pensiya kapitalının tələb olunması səbəbindən güzəştli şərtlərlə pensiya ala bilmir”.

Mənbə

Share: