“Qarabağ”ın məşqçisi: “Braziliya DÇ-2022-də çempion olacaq”

“Mənə elə gəlir ki, Braziliya yığması çempion olacaq”.

 

Bunu “Report”a müsahibəsində “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov bu il Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.

 

52 yaşlı mütəxəssis “sambaçılar”ın gənc heyətə malik olduğunu bildirib: “Hərə bir komandaya azarkeşlik edir. Mənim üçün Braziliya və Argentina yığmaları maraqlıdır. Fikrimcə, “sambaçılar” mundialda öz sözünü deyəcəklər. Onların oyunlarına baxmışam”.

 

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Braziliya G qrupunda Serbiya, İsveçrə və Kamerunla mübarizə aparacaq.

 

Müşfiq Hüseynovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Mənbə

Share: