İsrailin Baş naziri Azərbaycanın qərarını ALQIŞLADI

“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.

Millətin Səsi.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid tviterdə yazıb.

O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.

“Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, – hökumət başçısı vurğulayıb.

Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.

Mənbə

Share: