MAQATE-nin “qeyri-peşəkar” qətnaməsi Rusiyanın xoşuna gəlməyib

MAQATE-nin “qeyri-peşəkar” qətnaməsi Rusiyanın xoşuna gəlməyib

“Rusiya Zaporojye AES-ə mülkiyyət hüququna əsassız iddialarından imtina etməlidir…”

 

“Bu, agentliyin Rusiyaya Ukraynanın nüvə obyektlərinə qarşı hərbi hərəkətlərinə son qoymağa çağırış edən üçüncü qətnaməsidir…”

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) idarəetmə şurası qətnamə qəbul edərək, Rusiyaya hərbçiləri və digər personalı zəbt etdiyi Zaporojye Atom Elektrik Stansiyasından dərhal çıxarmağa çağırış edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

 

Sənəddə deyilir ki, Rusiya Zaporojye AES-ə mülkiyyət hüququna əsassız iddialarından imtina etməli və Ukrayna tərəfini stansiyaya nəzarəti və təhlükəsizliyini təmin etmək üçün oraya buraxmalıdır.

 

Qətnamə müəllifləri vurğulayıb ki, Zaporojye AES-in “ukraynalı xidmət personalına təzyiq” və “bitişik ərazinin atəşə tutulması nəticəsində

xarici enerji təchizatının dəfələrlə pozulması” ciddi narahatlıq doğurur.

 

Sənəddə həmçinin xatırladılır ki, MAQATE Ukraynada “çirkli bomba” hazırlanmasının əlamətlərini aşkar etməyib.

 

“Röyter” qeyd edir ki, Ukraynada müharibə başlanandan bu, MAQATE -nin Rusiyaya Ukraynanın nüvə obyektlərinə qarşı hərbi hərəkətlərinə son qoymağa çağırış edən üçüncü qətnaməsidir. 

 

MAQATE-nin idarəetmə şurasına 35 ölkə daxildir. Sənədin qəbul edilməsininin əleyhinə Rusiya və Çin səs verib, Keniya, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı, CAR və Vyetnam bitərəf qalıb. Burundi və Liviya səsvermədə iştirak etməyib.

 

Rusiyanın Vyanada beynəlxalq təşkilaylarda daimi nümayəndəliyi sənədin “qeyri-peşəkar tərtib olunduğunu”, “faktoloji səhvlər olduğunu” və MAQATE-nin mandatından kənara çıxdığını bəyan edib.

 

Bundan öncə, noyabrın əvvəlində agentlik Ukraynanın, Rusiyanın bəyan etdiyi kimi, “çirkli bomba” hazırlana biləcək üç obyektlərinin inspeksiyasını aparıb. 

 

Vizual müayinədən başqa, ekspertlər “nüvə fəaliyyətini” aşkar etməyə imkan verən ətraf mühitin  sınaqlarını götürüb.

Mənbə

Share: