
105 yaşlı qadın uzunömürlülüyünün orijinal səbəbini açıqlayıb
ABŞ-dan olan 105 yaşlı Mari Martin uzunömürlülüyünün sirrini tərsliyi ilə əlaqələndirir
ABŞ-ın Kaliforniya ştatının 105 yaşlı sakini növbəti doğum gününü qeyd edib və uzunömürlülüyünün səbəbini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə “CW31
News” nəşri məlumat yayıb.
Mari Martin 17 noyabr 1917-ci ildə Ohayo ştatında doğulub, sonradan Kaliforniyaya köçüb.
O, danışıb ki, vaxtilə sahilə istirahətə gəlib və burada qalmaq qərarına gəlib.
Qadın həyatının çox hissəsini poçtda işləyib, indi isə Orancveyldə yaşlılar üçün “Almond Heights” pansionatında yaşayır.
Təqaüdçü qadın danışıb ki, həyatı boyunca rəqs etməkdən zövq alıb və əri ilə daima rəqslərə gedib.
Doğrudur, uzunömürlülüyün sirrini başqa məqamı hesab edir.
“O, əgər rəqslər kömək etsəydi…Məncə, məsələ mənim tərsliyimdədir. Mən ölməmək üçün həddən artıq inadkaram”, – qadın zarafatından qalmayıb.
Ahıl yaşına rəğmən, Martin bağçılıqla məşğuldur və pansionatda keçirilən bütün tədbirlərdə iştirak edir.
Uzunömürlü qadının doğum gününü doğmaları, dostları və yerli telekanalın çəkiliş qrupu təbrik edib.
“Almond Heights” onun üçün hava şarları və tortla xüsusi gecə təşkil edib.