Boris Conson bir iş günündə 300 min avrodan çox qazanıb

Boris Conson bir iş gününə ABŞ-ın Kolorado-Sprinqs şəhərində konfransdakı Amerikanın sığorta agentləri və brokerləri qarşısında çıxışına görə 276 130 funt sterlinq (təxminən 316 000 avro) qonorar alıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “Ekonomiçeskaya pravda” nəşri yazıb.

 

Qeyd edilir ki, Conson bu qonorarı səkkiz saat yarımlıq işinə, o cümlədən 30 dəqiqəlik çıxışı və 45 dəqiqəlik kamin yanında söhbətinə görə alıb. 

 

Beləliklə, sabiq baş nazirin bir saatlıq qonorarı təxminən 32 500 funt (37 000 avrodan çox) təşkil edib.

 

Məlumata görə, Conson ABŞ-a bir günlük səfəri naminə həyat yoldaşı və övladları ilə Dominikan Respublikasında məzuniyyətini yarımçıq qoyub.

 

Qeyd edilir ki, Böyük Britaniya parlamenti əlavə xərcləri sənədləşdirməlidir və onlar 28 gündən bir yenilənən xüsusi reyestrdə dərc edilir. 

 

Reyestr göstərir ki, Conson çıxışdan az sonra media-maqnat Rupert Merdokun dəvətilə ABŞ-ın Montana ştatına 11 559 funt sterlinqə  (13 260 avro) səyahətə yollanıb.

 

Consonun baş nazir postunda sələfi Tereza Mey də həmçinin müntəzəm olaraq çıxışlar edərək yaxşı pullar qazanır.

 

Lakin Consonla müqayisədə onun qonorarları azdır. 

 

Reyestrdə son qeydiyyata görə o, ABŞ-da çıxışına görə 97 000 funt sterlinq qazanıb.

Mənbə

Share: