“MuğanBank” ASC-nin əsas səhmdarlarından biri vəfat edib.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bankın səhmlərinin 11,58 faizinə sahib olan iş adamı Maqbet Mehdiyev dünyasını dəyişib.
O, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin qudası idi.
Qeyd edək ki, hazırda bankın əsas səhmdarı (67,74%) və Müşahidə Şurasının sədri Maqbet Mehdiyevin oğlu Elmir Mehdiyevdir.
Hazırda bankın ümumi səhm kapitalı 107,5 milyon manatdır.