Aslan Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.
Xatırladaq ki, bu gün AZƏRTAC-da yoxlamaların aparıldığı və yeyintilərin aşkarlandığı ilə bağlı xəbər yayılıb.(bakupost.az)