İsraildən Qətərə ilk uçuş gerçəkləşdirildi

İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion Beynəlxalq Hava Limanından Qətərin paytaxtı Dohaya ilk birbaşa uçuş həyata keçirilib.

 

Modern.az xəbər verir ki, FİFA 2022 Dünya Çempionatında iştirak etmək üçün israilliləri aparan TUS Hava Yollarının ilk planlı reysi Təl-Əvivin Ben Qurion hava limanından qalxaraq Doha hava limanına yola düşüb.

 

Dünya çempionatının təşkili zamanı Təl-Əviv və Doha arasında 6 gediş-gəliş planlaşdırılıb.

 

Uçuşlar İran əvəzinə Səudiyyə Ərəbistanının hava məkanı üzərindən olacaq.

 

İsrailin baş naziri Yair Lapid noyabrın 10-da İsrail vətəndaşlarının dünya çempionatında iştirak etmək üçün ilk dəfə birbaşa Qətərə uça biləcəklərini və Dohada müvəqqəti diplomatik ofis açdıqlarını bildirmişdi.

 

Ofis turnirlə əlaqədar Qətərə gedən İsrail vətəndaşlarına konsulluq xidməti göstərmək üçün fəaliyyət göstərir.

Mənbə

Share: