“Huawei” ABŞ-ı məhkəməyə verib

Çinin “Huawei” şirkəti məhkəməyə müraciət edərək ABŞ hakimiyyəti tərəfindən müsadirə olunmuş avadanlıqlarının qaytarılmağını tələb edib.

“Reuters”in verdiyi məlumata əsasən, avadanlıqlar 2017-ci ildə Birləşmiş Ştatlardan ÇXR-a daşınan zaman müsadirə olunublar. Çin şirkəti hesab edir ki, amerika tərəfinin bu hərəkəti ixrac-idxal əməliyyatlarına nəzarət haqqında qanuna müvafiq deyil və qeyri-qanunidir.

“Bildiyimizə görə, HT (Huawei Technologies) avadanlıqları bürokratiya səbəbindən Alyaskada anbarda saxlanılır”, – məhkəmə sənədlərində qeyd edilib.

Bildirilir ki, “Huawei” avadanlıqların üzərindən həbsin götürülməyini və onların gələcək taleyi ilə bağlı konkret qərarların verilməyini tələb edir. Cavabdeh tərəf qismində isə ABŞ-n Ticarət Nazirliyi çıxış edir.

Share: