Yay aylarında yanğına məruz qalmış ərazilərin bərpası məqsədilə növbəti meşəbərpa tədbirləri bu gün Şabran və Quba rayonlarının meşə fondu torpaqlarında keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Modern.az-a bildirib ki, əkinə hazır vəziyyətə gətirilmiş meşə ərazilərində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 5 hektar sahədə ağac əkini və toxum səpini işləri aparılıb.
“Ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında bərpa tədbirləri payız əkin mövsümünün sonunadək davam edəcək”.