Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu ünvanlayıb.
Milletinsesi.az təbrikin mətnini təqdim edir:
“Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm”.