“Putinin nə istədiyini öyrənmək üçün onunla danışıqlar masasına oturmağa hazıram…”

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni “iyrənc” adlandırıb və Rusiya diktatoru Vladimir Putinlə danışmağa hazır olduğunu açıqlayıb.

 

Baydenin Ağ Evdə keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, o, yaxın vaxtlarda rusiyalı həmkarı ilə danışmaq niyyətində deyil. Lakin o, əgər Putin Ukraynaya qarşı başladığı müharibəni dayandırmaqda maraqlı olduğunu nümayiş etdirərsə, buna hazıram.

 

“Bu müharibə bir rasional yolla – Putin qoşunlarını Ukraynadan çıxarsa- başa çata bilər. Təbii ki, o bunu etməyəcək. Onun etdiyi iş iyrəncdir”, – Bayden deyib.

 

“İcazə verin, çox diqqətli olum: əgər Putin bu müharibədən çıxış yolu tapmaqda maraqlıdırsa, mən onunla danışmağa hazıram. O, hələ bunu etməyib. Fransadan və NATO-dan olan dostlarım ilə mən danışacağam. Putinin nə istədiyini və fikrində nə olduğunu öyrənmək üçün onunla danışıqlar masasına oturmağa hazıram”, – Amerika prezidenti bildirib.

 

O əlavə edib ki,  “biz Ukrayna xalqını dəstəkləməliyik və bu, son dərəcə vacibdir”.

 

“Putinin Ukraynanı məğlub edə biləcəyi ideyası ağlasığmazdır”, – Bayden deyib.

Mənbə

Share: