Gürcüstanı Rusiya ilə birləşdirən yol BAĞLANDI

Gürcüstan və Rusiyanı birləşdirən Yuxarı Lars yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qoşqulu və yarımqoşqulu avtomobillərin yoldan istifadəsi yasaqlanıb.

 

Məlumata görə, ekstremal hava şəraitinə görə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə verilən qərarın səbəbi güclü qar yağması olub. Çətin relyefə malik ərazidən keçən yolun hava şəraitinin normallaşmasından sonra bütün hərəkət iştirakçıları üçün tam açılacağı bildirilib.

 

Qeyd edək ki, Gürcüstanla yanaşı, Ermənistanın da Rusiya ilə əlaqəsi bu yol vasitəsilə təmin olunur. Böyük Qafqaz dağlarından keçən yol xüsusən qış aylarında mütəmadi olaraq bağlanır.

Mənbə

Share: