Kadırovun əsas tənqidçisi İsveçdə öldürüldü

Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun əsas tənqidçilərindən biri olan çeçen bloqçu Tumso Abduraxmanov öldürülüb.

 

Modern.az “Unian”a istinadən xəbər verir ki, müxalif bloqçu yaşadığı İsveç Krallığında sui-qəsdə məruz qalıb.

 

Ona bir qrup naməlum şəxs tərəfindən hücum edildiyi bildirilir.

 

İsveçin hüquq-mühafizə orqanları hələlik qətl hadisəsini şərh etməyib.

Mənbə

Share: