“Laçın dəhlizi”ndə gömrük postu qoyulacaq

Dekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin Xocalıdakı qərargahında müzakirələr aparıblar.

Modern.az xəbər verir ki, Laçın yolunda mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunduğuna dair məlumat yayılıb. 

Bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov bildirib. O deyib ki, Azərbaycan tərəfi ilə əldə olunan razılaşmaya əsasən, gömrük postu sülhməramlıların “Laçın dəhlizi”nin girişindəki 1 nömrəli postunda, yəni Azərbaycan – Ermənistan şərti sərhədində quraşdırılacaq.

Azərbaycan tərəfi hələ ki məsələylə bağlı açıqlama verməyib.

Mənbə

Share: