“Kliniki Tibbi Mərkəzdə 8500 manatdan çox bonus alan həkim var”

“Kliniki Tibbi Mərkəzdə ən minimal həkim maaşı 1200 manatdır”.

 

Moderator.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib.

 

“Həkimlərin maaşları sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdəndir. Amma reallığı bilmirlər. Kliniki Tibbi Mərkəzdə 2019-cu ildə həkimlərin orta əmək haqqı 365 manat olub. Hal-hazırda bu xəstəxanada orta aylıq əmək haqqı 2026 manat 53 qəpikdir. Bu da artımın göstəricisidir. 2019-cu ildə Tibb Bacılarının 258 manat olub, hal-hazırda isə 596 manat 94 qəpikdir”.

 

“Bu göstərici özəl tibb müəssisələrində daha yüksəkdir” – deyə, K. Ələkbərov əlavə edib:

 

“Özəl tibb müəssisələrindən yüksək ixtisaslı tibb bacıları müraciət edərək Kliniki Tibbi Mərkəzdə işləmək istəyirlər. Bundan başqa icbari tibbi sığorta sistemində əmək haqqının ödənilməsində 3 istiqamət var: Birinci İcbari Tibbi Sığortanın əlavəsi, ikinci – stabil maaş,üçüncü isə bonuslardır. Kliniki Tibbi Mərkəzdə çalışan həkimlər kifayət qədər yaxşı məbləğdə bonus alırlar. 2022-ci ildə ən yüksək bonus 8580 manat olub. yəni, maaşdan əlavə 8580 manat alan da var, 4 manat alan. Xəstələrin bir qismi həmin 4 manat alan həkimin yanına az pasiyent müraciət edir”.

 

Mənbə

Share: