Almaniya Avropanın təhlükəsizliyinin qarantı olmaq İSTƏYİR

Almaniya Avropanın təhlükəsizliyinin qarantı olmaq istəyir. 

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində bildirib.

 

Onun sözlərinə görə, Almaniya BMT Nizamnaməsinin prinsipləri əsasında dünya nizamının möhkəmlənməsi üçün səylərini əsirgəmir. 

 

Şolts bildirib ki, Almaniyanın rifahı, təhlükəsizliyi və demokratiyası ümumi qaydalara riayət etməkdən asılıdır.

 

“Buna görə də Almaniya müttəfiqlərimizin gözlədiyi kimi Avropa təhlükəsizliyinin təminatçısı olmağa, Avropa İttifaqı daxilində körpülər qurmağa və qlobal məsələlər üzrə çoxtərəfli qərarların tərəfdarı olmağa çalışır”, – kansler qeyd edib.

 

Akif İsmayılov 

Mənbə

Share: