“Rusiyanın məğlubiyyəti artıq həll olunmuş məsələdir” – Kəşfiyyat rəisi

“Ukrayna artıq qalib gəlmək üzrədir, dünyada hamı bunu hiss edir”

Modern.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov bildirib.

O, telemarafonun efirində “bəli, hələ müəyyən müddət çətin olacaq, lakin qlobal miqyasda bu, heç nəyi dəyişməyəcək” deyib.

Budanovun sözlərinə görə, son üç ayda Kremlin təbliğatçılarının ritorikası kəskin şəkildə dəyişib və ruslar artıq hərbi rəhbərliyi tənqid etməyə, danışmağa başlayıblar.

“Məğlubiyyət artıq üzdə hiss olunur. Hər şey qabaqdadır. Daha çətin vaxtlar olacaq, lakin Rusiyanın məğlubiyyəti artıq həll olunmuş məsələdir və onlar özləri də bunu yaxşı bilirlər”, – kəşfiyyat rəhbər deyib.

Budanov onu da qeyd edib ki, Rusiya daxilində parçalanma artıq “bundan sonra hansı qrup gələcək” prinsipi ilə başlayır.

“Minlərlə rusun küçələrə çıxmasını gözləmək baş verməyəcək. Rusiya artıq əvvəlki ölkə deyil, orada hər şey fərqli olacaq”, – o əlavə edib.

Mənbə

Share: