“Qərbdə Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri tapılmır…”

“Böyük yeddilik” ölkələri tərəfindən həbsi elan edilən 300 milyard dollar aktivlərin gerçəkdə yalnız 100 milyardı dondurulub…”

 

“Avropa İttifaqı Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərini Ukraynanın bərpasına yönəltmək üçün müsadirə edə bilmir…”

 

Rusiya Bankının Ukraynada müharibə səbəbindən sanksiyalar altına düşən yüz milyardlarla dollar ehtiyatları Qərb məmurları üçün xəyala çevrilib. 

 

Pulların mövcudluğu belə sual altındadır. Buna səbəb dövlət immunitetinin beynəlxalq prinsipi olub.

 

Moderator.az xəbər verir ki, bu barədə NATO nəzdində “Atlantika Şurası” analitik mərkəzinin tədqiqatına istinadən “Wall Street Journal” nəşri yazıb.

 

Analitiklərin məlumatına görə, Qərb hələ yazda “Böyük yeddilik” ölkələri tərəfindən həbsi elan edilən 300 milyard dollar  vəsaitin yalnız üçdə birini gerçəkdən dondurmağa müvəffəq olub.

 

Rusiya ehtiyatlarının 300 milyard dollar dəyərləndirilməsi Rusiya Mərkəzi Bankının özünün məlumatlarına əsaslanıb, lakin gerçəkdə bu məbləği tapmaq mümkün olmayıb.

 

İndi Qərb məmurları yerdə qalan 200 milyardın harada olması üzərində baş sındırır.

 

Rusiya Bankının 2021-ci il üçün hesabatında iddia edilib ki, 1 yanvar tarixinə 612, 9 milyard dollar ehtiyatı olub.

 

Bu məbləğin   15, 7 faizi Almaniyada, 9, 9 faizi Fransada, 9, 3 faiz Yaponiyada, 6, 4 faizi ABŞ-da, 5, 1 faizi Böyük Britaniyada, 2, 7 faizi Kanadada və 2, 5 faizi Avstraliyada olub. 

 

Nəticədə aktivlərin 51, 7 faizi sanksiyalar tətbiq edən ölkələrdə olmalıdır. 

 

Həmçinin Rusiya Bankı etiraf edib ki, ölkənin beynəlxalq ehtiyatlarının təxminən yarısı dondurulub.

 

Dekabrın 1-də Avropa Komissiyasının nümayəndələri təsdiq edib ki, Rusiyanın Mərkəzi Bankının dondurulmuş aktivlərini Ukraynanın bərpasına yönəltmək üçün müsadirə edə bilmir.

Mənbə

Share: