İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Araşdırma aparılır.
Qeyd edək ki, N.Məhərrəmov Vətən müharibəsi qazisidir. Onun idarə etdiyi avtomobil qardaşına məxsus olub.