Türkiyədə partiya sədri bıçaqlandı 

Türkiyənin Yenilik Partiyasının sədri Öztürk Yılmaz naməlum şəxs tərəfindən bıçaqlanıb.

 

Modern.az “Anadolu”ya istinadən xəbər verir ki, hadisə partiyanın Çankayada yerləşən qərargahında baş verib.

 

Hücum nəticəsində partiya sədri ayağından yaralanıb.

 

 

Ayağından yaralanan Yılmaz sağlamlıq qrupları tərəfindən Güven Xəstəxanasına aparılaraq müalicə altına alınıb. Yılmazın səhhətinin yaxşı olduğu öyrənilib.

 

Türkiyə polisi artıq hücum edən şəxsin saxlanıldığını bildirib.

 

Akif İsmayılov 

Mənbə

Share: