Rusiya prezidenti Vladimir Putin sabah Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək.
Milletinsesi.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
O, görüşün 9 dekabr tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcəyini deyib.
Qeyd edək ki, Vladimir Putin və Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Qırğızıstanda səfərdədirlər.