Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin kino sənayesindəki uğurlarını yüksək qiymətləndirib.
Modern.az xəbər verir ki, Türkiyə prezidenti bu barədə “TRT World Forum” tədbirindəki çıxışı zamanı danışıb.
“Məqsədimiz bütün dünyada yaxşının, doğrunun və həqiqətin sözçüsü olmaqdır. Xüsusən, “TRT”nin insani dəyərləri qorumağa, yaşatmağa və ucaltmağa söykənən məzmun siyasəti həm ölkə daxilində, həm də xaricdə böyük rəğbət görür. Hazıda Türkiyə serial ixracında dünyada ikinci yerdədir”, – deyə Ərdoğan bildirib.
“Bir dönəm xarici serialların istilasına məruz qalan ölkəmiz bu gün dünya miqyasında kinofilm, serial və dokumental proqramlara imza atır”, – Türkiyə prezidenti əlavə edib.