Dekabrın 2-si axşam saatlarında xəstəxanaya yerləşdirilən tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun vəziyyəti yaxşılığa doğru irəliləyir.
Bu barədə Oxu.Az-a Xalq artistinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.
Onun sözlərinə görə, ifaçı artıq palataya yerləşdirilib:
“Bir neçə gün reanimasiyada qaldıqdan sonra vəziyyəti yaxşılaşıb. Palataya yerləşdirilib”.
Z.İsrafilova qeyd edib ki, həkimlər analizlərin nəticələri ilə bağlı açıqlama verməyə qoymurlar:
“Diaqnozla bağlı açıqlama verə bilmirik. Səhhəti getdikcə yaxşılığa doğru irəliləyir. Hər şey yaxşı olacaq. Buna inanıram”.