Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Konqo və Gürcüstandan olan 3 miqrant ailənin Fransaya qarşı iddiasına baxılıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə miqrantların hüquqlarının pozulması barədə qərar çıxarıb.
Belə ki, AİHM Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi üzrə (ədalətli mühakimə hüququ) miqrantların hüquqlarının Fransa dövləti tərəfindən pozulmasını tanıyıb.
Avropa Məhkəməsi hər üç miqrant ailəsinə 5 min avro, ümumi məhkəmə xərcləri üçün isə 7150 avro təzminat ödənilməsi barədə hökm çıxarıb.
Qeyd edək ki, miqrant ailələri ilə bağlı məhkəmə prosesi 2018-ci ildən bəri davam edirdi.