Afrika ölkəsi Ukraynaya hərbi yardım verəcək

Mərakeş Ukraynaya hərbi yardım göstərən ilk Afrika ölkəsi olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın “Le journal de l” qəzeti yazıb.

 

Qeyd olunur ki, Mərakeş Ukraynaya T-72 tanklarının ehtiyat hissələrini vermək niyyətindədir. Beləliklə, Mərakeş Kiyevi silahla dəstəkləyən Afrika ölkələrindən birincisi olacaq.

 

Həmçinin bildirilir ki, ABŞ-ın tövsiyəsi ilə Ukrayna tanklar üçün ehtiyat hissələri paytaxtına göndəriləcək.

 

Akif İsmayılov

Mənbə

Share: