“Bir daha vurğulamaq istəyirəm ki, Rusiya tərəfi lazımi ilkin şərtlər formalaşarsa, Gürcüstan ilə birbaşa aviareysləri bərpa etmək barədə qərar qəbul edə bilər. Biz qarşı tərəfin mövqeyini gözləyirik”.
Modern.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
O bildirib ki, Rusiya tərəfi buna hazırdır, lakin Gürcüstan bu məsələdə gözləmə mövqeyində dayanıb:
“Birbaşa uçuşların bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması məsələsində aydın mövqeyimiz var. Lazımi ilkin şərtlər formalaşarsa, biz bununla bağlı qərarların qəbuluna hazırıq. Təəssüf ki, Tbilisinin mövqeyi isə aydın deyil. Hətta Gürcüstan Rusiyaya qarşı daha radikal mövqe nümayiş etdirir”.