Bakıda yanğın olub.
Modern.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda “Uzun Ömür Süd Məhsulları” MMC-nin ərazisində ümumi sahəsi 80 m² olan tikilinin dam örtüyünün taxta atmaları, içərisində 1 ədəd transformator, 1 ədəd generator və əşyalar (şüşə qablar, plastik taralar və.s) yanıb, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.
Ərazidə olan digər sexlər və anbar yanğından mühafizə olunub.