Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ” klubu “Qəbələ”ni qəbul edib.
Modern.az xəbər verir ki, görüş “Azersun Arena”da baş tutub.
Qarşılaşmada yeganə qolu Ramil Şeydayev vurub. O, 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran Ağdam təmsilçisi qış fasiləsinə lider kimi yollanmağı təmin edib. “Qəbələ” isə aktivindəki 24 xalla 5-ci pillədə qalıb.