Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan nümayəndələri ilə danışıqlar aparır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Danışıqların Laçın dəhlizi ilə mülki avtomobillərin hərəkətini bərpa etmək məqsədilə aparıldığı bildirilir.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri etiraz aksiyası keçirir.
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqdə bildirib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.